Bakı “Second hand”lərinin vitrini
Bakı “Second hand”lərinin vitrini
Bakı “Second hand”lərininsə mal çeşidi zəifdir. Bizdə bu tipli mağazalarda paltar və ayaqqabı üstünlük təşkil edir. Bəzilərində oyuncaqlar da satışa qoyulub. Bizdə istifadə edilmiş telefon, saat, kompüter, televizor satışı hamı tərəfindən sakit və birmənalı qarşılanan biznes növünə çevrilib. Bəs \"Second hand\"lərimizin satışı necədir? İnsanlarımız bu ucuz məkana üz tuturlarmı? Dünən «Sahil» metrosu yaxınlığında alman malları satdığını iddia edən iki mağazaya baş çəkdik. Müşahidələrimiz alverin pis getmədiyini deməyə əsas verir. Hər iki mağazanın alıcıları birmənalı olaraq qadınlar idi. Gənclərə və kişi alıcılara rast gəlmədik. Səbəb bizim üçün naməlum qalır.
